İnam PM
“İNAM” PLÜRALİZM MƏRKƏZİ
“İnam” Plüralizm Mərkəzi Azərbaycanda demokratik dəyərlərin, sərbəst düşüncənin yayılmasına, söz, mətbuat, vicdan və fikir azadlığının inkişafına, azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyətinin qurulmasına, insan hüquq və azadlıqlarının qorunması və təbliğinə, vətəndaş təhsilinin və vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, ictimai sektorun yaranması və fəaliyyətinin genişləndirilməsinə yardım məqsədilə 1995-ci ildə yaranan və bu müddətdə fasiləsiz fəaliyyət göstərən gəlirsiz, ictimai təşkilatdır. 2006-cı ilin martında dövlət qeydiyyatına alınıb. Mərkəzin sədri Vahid Qazidir.
FƏALİYYƏT İSTİQAMƏTİ:
- SEÇKİLƏR: Azərbaycanda keçirilən üç parlament, üç prezident və iki bələdiyyə seçkisinin monitorinqi keçirilib, beynəlxalq müşahidə təşkil olunub. Mərkəzin nümayəndələri Gürcüstan, Belarus, Ukrayna və Qırğızıstanda keçirilən seçkiləri müşahidə ediblər.
- RADİO PROQRAMLAR: Mərkəz ölkənin müxtəlif radiolarında “Öz namizədindən soruş” adlı 47, “Neft və demokratiya” adlı 33, “Şəffaf yol” adlı 50, “Din və demokratiya” adlı 32, “Panarama. Seçki 2008” adlı 24, “Avrointeqrasiya müzakirələri” mövzusunda isə 18 radio debat və ya dialoq keçirib.
- TƏRCÜMƏ : 5 kitab, insan hüquqlarına dair 17 beynəlxalq sənəd və 50-dən artıq məqalə Azərbaycan dilinə tərcümə olunub.
- NƏŞRİYYAT : Ümumi tirajı 60 mindən çox olan 110 adda kitab, jurnal, broşur və bülleten, həmçinin seçki plakatları nəşr edilib. “QHT bülletenləri”, “III Sektor Demokratiya jurnalı” və rusca “Svobodnaya Volya” jurnalları dərc edilib.
- SƏFƏRLƏR: 350-dən artıq yerli ictimai fəal dünyanın müxtəlif ölkələrində keçirilmiş seminar, konfrans və təcrübəartırma kurslarına göndərilib. Ümumilikdə 500-dən çox xarici ictimai-siyasi, dövlət xadimi, ictimai fəal, jurnalist və s. bizim tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.
- VƏTƏNDAŞ TƏHSİLİ: Liderlik, politologiya, seçki texnologiyaları, vətəndaş təhsili, insan hüquqları və başqa mövzularda 400-dən artıq treninq-seminar keçirilib. Bu tədbirlərdə Azərbaycanın 40 bölgəsindən 6 minə yaxın fəal iştirak edib.
- ÜÇÜNCÜ SEKTORUN İNKİŞAFI: Yerli fəallar, təşəbbüs qrupları və QHT nümayəndələri üçün treninqlər keçirilib. Üçüncü sektorun həyatı barədə broşurlar çap olunub və jurnallar nəşr edilib. Ölkənin müxtəlif bölgələrində 60-dən artıq QHT-nin yaranması, inkişafı və fəaliyyətinin genişləndirilməsində iştirak edib.
FƏALİYYƏT XRONİKASI
1995-2012
PARLAMENT SEÇKİLƏRİNİN MONİTORİNQİ (Media)
Oktyabr-Noyabr 1995-ci il
«GƏNC SİYASİ LİDERLƏR MƏKTƏBİ» (seminarlar və broşurlar)
1996 – 1999
«KEÇİD DÖVRÜNDƏ AZƏRBAYCAN PROBLEMLƏRİNƏ ADEKVAT ŞÜUR AXTARIŞLARI» (monitorinq, sorğu, konfrans və kitab)
Aprel-Sentyabr 1996
“AZƏRBAYCANIN DİNLƏRİ AZƏRBAYCANIN ZƏNGİNLİYİDİR (seminarlar və kitablar)
1997
“AZƏRBAYCANDA ÇOXPARTİYALI SİSTEMİN FORMALAŞMASI PROSESİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” (monitoriqn, sorğu, konfrans və kitab)
Yanvar-İyul 1997
PLÜRALİZM MƏRKƏZLƏRİNİN 9-CU GÖRÜŞÜ (beynəlxalq konfrans)
Aprel 1997
«SİYASƏTÇİNİN STOLÜSTÜ KİTABI» (broşurlar)
Dekabr 1998 – Sentyabr 1999
«ƏYALƏTLƏRDƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ» (treninq-seminarlar və broşurlar)
1999 – 2001
PREZİDENT SEÇKİLƏRİNİN MONİTORİNQİ (media – 8 bulleten)
Avqust-Noyabr 1998
«QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI» (İnformasiya bülleteni)
1998 -2002
BƏLƏDİYYƏ SEÇKİLƏRİ (broşurlar, beynəlxalq müşahidənin təşkili)
Dekabr 1999
PARLAMENT SEÇKİLƏRİ (Monitorinq, treninq-seminarlar, broşurlar və beynəlxalq müşahidənin təşkili)
Avqust-Noyabr 2000
VƏTƏNDAŞ CƏMİYYƏTİNDƏ YAŞAMAQ İSTƏYİRİK (İctimai fəallar, QHT liderləri üçün treninq-seminarlar və broşurlar)
2000-2002
«İNSAN HÜQUQLARI: BƏŞƏR RİFAHININ TƏMƏLİ» (kitab)
2001
TRENERLƏR ÜÇÜN TRENİNQLƏR
Avqust 2000, Fevral və Avqust 2002
PLÜRALİZM MƏRKƏZLƏRİNİN 18-Cİ GÖRÜŞÜ (beynəlxalq konfrans)
Aprel 2003
BÖLGƏLƏRDƏ SEÇİCİ KLUBLARININ YARADILMASI
May – İyul 2003
«ORTA ASİYA – VƏTƏNDAŞ KÖRPÜLƏRİ» adlı beynəlxalq konfrans
Aprel-may, 2004, Bakı
BELARUSDA KEÇİRİLƏN PARLAMENT SEÇKİLƏRİ VƏ REFERENDUMUN MÜŞAHİDƏSİ
Sentyabr 2004
UKRAYNADA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNİN MÜŞAHİDƏSİ
Noyabr, dekabr 2004
BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ «REGİONLARDA GƏNCLƏRİN BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ SƏFƏRBƏR EDİLMƏSİ VƏ GƏNC NAMİZƏDLƏRİN DƏSTƏKLƏNMƏSİ»
layihəsi May 2004 – Yanvar 2005
QIRĞIZSTANDA KEÇİRİLƏN PARLAMENT SEÇKİLƏRİNİN MÜŞAHİDƏSİ
Fevral, iyul 2005
PARLAMENT SEÇKİLƏRİ «Öz namizədindən soruş» – Seçki Debatları
Avqust-Noyabr 2005
TRANZİSİYA (“Tranzisiya: Liberallaşma və lenunçi irslər” kitabının tərcüməsi, nəşri və təqdimatı)
2005
TRANZİSİYA PROBLEMLƏRİ (Silsilə dəyirmi masalar)
2006
DEMOKRATİYA PROBLEMLƏRİ (“III Sektor” və “Svobodnaya Volya” jurnallarının nəşri)
NEFT VƏ DEMOKRATİYA (Radio debatlar)
2006/2007
ŞƏFFAFLIQ (“Şəffaf yol” adlı radio dialoqlar)
2006/2007
DIN VƏ DEMOKRATIYA (Radio dialoqlar)
Yanvar-may 2008
PREZİDENT SEÇKİSİ (Radio debatlar, media monitorinq, yerli müşahidə, dəyirmi masalar və konfrans)
2008
AVROİNTEQRASİYA MÜZAKİRƏLƏRİ (radio dialoqlar, internet forumlar, dəyirmi masalar)
İyul 2008 – Fevral 2009
AĞDAM – QAFQAZ XİROSİMASI VƏ RUHLAR ŞƏHƏRİ (ölkədə və xaricdə sərgilər, film, kataloq, kitab)
2010-2011
TƏRƏFDAŞLAR:
- Freedom Hause – ABŞ
- Avrasiya Fondu
- ABŞ səfirliyi
- Açıq Cəmiyyət İnstitutu/Azərbaycan
- Böyük Britaniya səfirliyi
- Demokratiya üçün Vestminster Fondu
- Kanada səfirliyi
- Marşal Fondu
- Milli Demokratiya İnstitutu (NDİ)- ABŞ
- Milli Demokratiyanı Himayə (NED) ABŞ
- Milli QHT Şurası
- Plüralizm Fondu – Rumıniya
- STİNA – Xorvatiya
- “Supolnosc” – Belarus
- Şərqi Avropa Demokratiya İnstitutu-İDEE
- Vətəndaş Təşəbbüsü – Serbiya