Archive for August, 2010

SERİYASIZ NƏŞRLƏR

V. SERİYASIZ NƏŞRLƏR

Azadlıq. Müstəqillik və suverenlik

Yakub Karpinski, 1996, 26 səh.

Tanınmış polyak alimi Yakub Karpinskinin azadlıq, müstəqillik və suverenlik haqqında fəlsəfi-politoloji baxışları çap edilib.

Azad seçki insan mənəviyyatının özünütəsdiqidir

Mehman Cavadoğlu, 1998, 27 səh.

Kitabçada demokratik seçkilərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, azad, fəal və təşəbbüskar insanların yetişməsində rolundan bəhs edilir.

Demokratiyanın bərqərar olması və möhkəmlənməsində seçkilərin rolu

Rasim Musabəyov və Dadaş Əhmədov, 1998, 32 səh.

Kitabçada demokratik seçkilərə tarixi baxış edilib, seçki hüququ uğrunda mübarizə tarixinə, seçki sistemləri, həmçinin Azərbaycanın seçki ənənələrinə toxunulub.

Azərbaycanda çoxpartiyalı sistemin formalaşma prosesi: problemlər və perspektivlər

Bakı 1997, 45 səh.

Kitabçada Mərkəzin eyni adlı proqram çərçivəsində apardığı media-monitorinqin və ekspert sorğusunun nəticələri, mövzu ilə bağlı keçirilən konfransda ayrı-ayrı partiya nümayəndələrinin çıxışları çap olunub.

Keçid dövründə Azərbaycan problemlərinə adekvat şüur axtarışları

Bakı 1996, 54 səh.

Kitabçada Mərkəzin eyni adlı proqram çərçivəsində apardığı media-monitorinqin və ekspert sorğusunun nəticələri, problemlə bağlı keçirilən konfransda ayrı-ayrı mütəxəsislərin çıxışları çap olunub.

“DEMOKRATİK TƏCRÜBƏLƏR” SERİYASI

V. “DEMOKRATİK TƏCRÜBƏLƏR” SERİYASI

1. Demokratik seçkilər təcrübəsi

Xaqani Cəfərov, səh. 17

Kitabçada ABŞ, Böyük Britaniya, Almaniya və Fransada keçirilən demokratik seçkilər təcrübəsindən bəhs olunur.

2. Yerli idarəetmə orqanlarının təşkili

Xaqani Cəfərov, səh. 17

Avropa İttifaqına daxil olan altı ölkənin yerli idarəetmə orqanlarının təşkilindən bəhs olunur.

3. Milli iqtisadi təhlükəsizlik və onun təmin edilməsi məsələləri

Cəlal Sadiq Əliyev, səh. 20

Kitabçada iqtisadi təhlükəsizlik, dövlətin milli təhlükəsizlik baxımından vacib amillərindən biri kimi şərh olunur.

“QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI” SERİYASI

IV. “QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI” SERİYASI

1. Parlament prosedurlarının əsasları

Kşiştof Stanovski, səh. 44

Kitabça ictimai-siyasi liderlər üçün nəzərdə tutulub. Burada iclas və yığıncaqların keçirmə prosedurları və demokratik idarəetmə üsullarından bəhs olunur.

2. İctimai xidmət etikası. Amerika modeli

Ted Kontek, səh. 20

Kitabçada ABŞ-da ictimai xidmətin mahiyyəti, bu cür fəaliyyət zamanı etik qaydalara riayət olunması və s. məsələlərə toxunulub.

3. Qurultay keçirək

Kşiştof Stanovski, səh. 32

Kitabça ictimai-siyasi liderlər üçün nəzərdə tutulub. Burada ümumi yığıncaq, qurultay və iclasların səmərəli təşkili ilə bağlı yeni şərhlər verilib.

4. Təklifi necə yazmalı

Terens Ryan, Kşiştof Stanovski, səh. 24

Kitabçada QHT nümayəndələri üçün keyfiyyətli layihələr yazılışı zamanı hansı amillərin prioritet olduğundan və layihənin ayrı-ayrı bəndlərin ətraflı şərhindən danışılır.

5. Demokratik cəmiyyətdə 3 sektor

Kşiştof Stanovski, səh. 16

Kitabça demokratik cəmiyyətdə ictimai fəaliyyətin, vətəndaş təşəbbüsünün reallaşması və inkişafı, eyni zamanda cəmiyyətin inkişafında üçüncü sektorun misilsiz rolundan bəhs olunur.

“İNSAN HÜQUQLARI” SERİYASI

III. “İNSAN HÜQUQLARI” SERİYASI

1. İnsan hüquqlarına dair mexanizm

Tərcüməçi Tehran Vəliyev, 20 səh.

Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda BMT-nin insan hüquqları ilə bağlı təsisatları: ayrı-ayrı komissiyalar, komitələr, təşkilatlar və onların iş prinsipilə bağlı geniş məlumat çap olunub.

2. İnsan hüquqları. Bəşəriyyətin başlıca ideyası

Hikmət Hacızadə, 44 səh.

Broşurda insan hüquqları ideyasının yaranma tarixi, onun antik dövrlərdən bu günə qədərki inkişaf yolları və insan hüquqlarına beynəlxalq nəzarət mexanizmləri haqqında ətraflı bilgi verilir.

3. İnsan hüquqlarının qorunması və təşviqilə məşğul olan milli təsisatlar

Tərcüməçi Tehran Vəliyev, 24 səh.

Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda insan hüquqları sahəsində fəaliyyət g.stərən yerli və beynəlxalq təşkilatlar haqqında məlumat verilir.

4. İnsan hüquqları və qaçqınlar

Tərcüməçi Tehran Vəliyev, 44 səh.

Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda qaçqınların problemlərilə məşğul olan beynəlxalq təşkilatlar, onlara dair hüquq normaları barədə geniş şərh verilir.

5. Əməkçi miqrantların hüquqları

Tərcüməçi Tehran Vəliyev, 28 səh.

Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda əməkçi miqrantların hüquqları, onların problemlərilə məşğul olan beynəlxalq təsisatlar, onlarla bağlı beynəlxalq konvensiya və s. sənədlər barəsində məlumat verilir.

6. Məhbusların hüquqları

Namiq Əliyev, 36 səh.

Broşurda məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları (ümumtətbiq və xüsusi kateqoriyalara tətbiq edilən qaydalar, məhkum edilmiş məhbuslar, ruhi xəstə və kəmağıl məhbuslar və s.) və Azərbaycan qanunvericiliyilə məhbusların hüquqları haqqında məlumat verilir.

7. Uşaq hüquqları

Tərcüməçi Tehran Vəliyev, 44 səh.

Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda uşaqların hüquqlarına aid beynəlxalq sənədlər və normalar, Uşaq Hüquqları Komitəsi və digər beynəlxalq təşkilatlar haqqında məlumat verilir.

8. Qadın hüquqları

Rəna Seyidrzaqızı, 28 səh.

Broşurda qadın hüquqları uğrunda mübarizəyə tarixi baxış edilib, BMT-nin qadınlara həsr olunmuş beynəlxalq tədbirləri, sənədləri, Konvensiya barəsində və s. geniş məlumat verilir.

9. İctimai müdafiənin təşkili

Səidə Qocamanlı və Sahib Məmmədov, 16 səh.

Broşurda hüquq pozuntuları ilə bağlı səmərəli ictimai müdafiənin təşkili haqqında beynəlxalq və yerli təcrübələrdən danışılır.

10. İnsan hüquqları müdafiəsi tarixindən

Arzu Abdullayeva və Səcidə Əbdülvahabova, 28 səh.

Kitabçada insan hüquqları probleminin tarixi, onların müdafiəsində qeyri-hökumət təşkilatların rolu, və bu sahədə Azərbaycandakı vəziyyətdən bəhs olunur.

11. Azərbaycanda siyasi hüquqların və azadlıqların qanunvericilik təminatları

Qulamhüseyn Əliyev, 24 səh.

Kitabçada insanların cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak, seçki, birləşmək hüquqları, sərbəst toplaşmaq və məlumat almaq azadlığı haqqında bəhs olunub.

12. Əlillərin hüquqları

Səftər Nehmətli, 24 səh.

Kitabçada əlil kimdir, dünyada onların sayı və kateqoriyaları, problemin mahiyyəti və həllinin zəruriliyi, onlarla bağlı BMT-nin qərar və prinsipləri və onların Azərbaycandakı durumu ilə bağlı suallara cavab verilib.

13. İnsan hüquqları qorunması üçün Avropa mexanizmləri

Hüseynbala Səlimov, 24 səh.

Kitabçada Avropa Şurası və onun insan hüquqları ilə bağlı təsisatları və gördüyü işlər, insan hüquqları ilə batğlı Avropa Konvensiyası, Avropa Sosial Xartiyası və s. sənədlərlə bağlı şərhlər verilib.

14. Hərbi qulluqçuların huquqları

Namiq Əliyev, 40 səh.

Hərbi qulluqçuların hüquqi statusu, onların hüquqları və azadlıqları və vəzifələri, eyni zamanda onlar üçün və onların ailə üzvləri üçün pensiya təminatları, güzəştlər və şəxsi icbari sığortanın hüquqi tənzimlənməsi haqqında geniş məlumat verilib.

15. KİV və insan hüquqları

Zərifə Musayeva, 28 səh.

Kitabçada söz və informasiya azadlıqları insan hüquqlarının başlıca şərti kimi, KİV ictimai rəyin səfərbər edilməsinin və insan hüquqlarının qorunmasının xüsusi forması kimi təqdim edilir.

16. İnsan hüquqları və seçkilər

Məhərrəm Zülfüqarlı, 28 səh.

Broşurda BMT-nin insan hüquqları və seçkilərlə bağlı standartları, insanların seçmək və seçilmək hüquqları və seçki qanunlarının ümumi cəhətləri və s. məsələlərlə bağlı məlumat verilib.

17. İstehlakçıların hüquqları

Əyyub Hüseynov, 32 səh.

Kitabçada istehlakçı və onun hüquqları haqqında ətraflı məlumat verilib, istehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi kimi təqdim edilib, bu hüquqlara dair BMT-nin sənədi və Azərbaycan qununu və s. məsələlər şərh edilib.

18. Etnik azlıqların hüquqlarının təmin olunmasında və münaqişələrin tənzimlənməsində BMT-nin və ATƏT-in rolu Rasim Musabəyov və Mustafa İsgəndərzadə, 40 səh.

Kitabçada etnik problemlər və konfliktlər, azlıqların müəyyənləşdirilməsi və onların hüquqlarının qorunmasına tarixi baxış edilib, və bu cür problemlərin həllində BMT-nin və ATƏT-in rolu və təcrübələrindən bəhs edilib. Burada eyni zamanda azlıqların hüquqları ilə bağlı BMT-nin Bəyannaməsi, Avropa Şurasının Çərçivə Konvensiyası və Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çap olunub.

19. İqtisadi, sosial və mədəni hüquqlar

Qabil Hüseynli, 36 səh.

Kitabçada iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt tam həcmdə çap olunub və onunla bağlı geniş şərh verilib.

20. Qanun pozüuntuları zamanı sənədləşdirmə və müraciət qaydaları

Çingiz Qənizadə, 24 səh.

Kitabçada hüquqları pozulan şəxslərin dövlət orqanlarına müraciət etməsi qaydaları, məhkəməyə qədər, məhkəmə gedişi vaxtı və ondan sonrakı dövrlər üçün hüquqların qorunması ilə bağlı görülən işlər və onların sənədləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.

“CƏMİYYƏT VƏ SİYASƏT” SERIYASI

“CƏMİYYƏT VƏ SİYASƏT” SERIYASI

1. ABŞ siyasi sistemi
Hikmət Hacızadə, 23 səh.
ABŞ konstitusiyası, siyasi partiyaları, eyni zamanda prezident, konqres və ali məhkəməsi barədə ətraflı bilgi verilib.

2. Fransanın siyasi sistemi
Akif Nağı, 28 səh.
Fransa respublikasının yaranma tarixi və mövcud siyasi quruluşuna həsr olunub.

3. Britaniyanın siyasi sistemi
Leyla Yunus, 16 səh.
Broşurda Böyük Britaniyanın dövlət quruluşu, siyasi sistemi, hakimiyyət bölgüsü barədə məlumat verilib.

4. Qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolu
prof. Niyazi Mehdi, 24 səh.
Vətəndaş cəmiyyəti ideyasının tarixi, mübarizə yolu, vətəndaş təşəbbüsünün əhəmiyyəti və s. məsələlərə toxunulub.

5. Almaniyanın siyasi sistemi
prof. Asim Mollazadə, 24 səh.
Almaniyanın dövlət quruluşu və siyasi sistemi barədə məlumat verilib.

6. Avropa ittifaqına daxil olan ölkələrin seçki təcrübəsi
Oqtay İbrahimov, 27 səh.
İttifaqa daxil olan 12 dövlətin seçki təcrübəsindən danışılır.

7. Yerli hakimiyyət və özünüidarəetmə orqanları
Qulamhüseyn Əliyev, 24 səh.
Yerli hakimiyyətin formaları, növləri və səlahiyyətləri, onların fəaliyyətinə nəzarət və onların əsas təminatları məsələlərinə toxunulub.

8. Seçki texnologiyaları
Rasim Musabəyov, 23 səh.
Seçki kampaniyasının strategiyası, planlaşdırılması, seçki komandasının formalaşdırılması, mübarizə taktikası və s. problemlərdən bəhs olunur.

9. Siyasi partiyaların blok və koalisiyalarının formalaşması
Mübariz Əhmədli, 24 səh.
Blok və koalisiyaların yaranmasına təsir edən amillər, onların funksiyaları, onların yaranmasının müasir və tarixi təcrübəsindən danışılır.

10. Demokratiya və məhkəmə sistemi
Tahir Kərimli (Ali Məhkəmənin keçmiş sədri), 20 səh.
Hüquqi dövlətdə məhkəmənin rolu, məhkəmənin hakimiyyətin bir qolu kimi müstəqilliyi və s. sahələrə toxunulub.

11. Hakimiyyət tərəfindən zorakılıq olanda
Əskər Əhməd, Vidadi Mahmudlu, Çingiz Qənizadə və Niyazi Mehdi, 32 səh.
Broşurda hakimiyyət nümayəndələri tərəfindən hüquqların pozulması zamanı hansı zəruri hüquqları bilməkdən bəhs olunur.

12. Fokus qrupların siyasi fəaliyyətdə istifadəsi
Rüfət Quliyev, 24 səh.
Fokus qruplar haqqında ətraflı məlumat verilir və onlardan siyasi fəaliyyətdə istifadə effektindən danışılır.

13. KİV və siyasət
prof. Rafiq Zeynalov, 24 səh.
KİV-in siyasətdə yeri və rolu, onun hakimiyyət orqanları ilə qarşılıqlı münasibəti, mediyanın funksiyaları və s. bəhs olunur.

14. Seçki marketinqi. ABŞ təcrübəsi
Rasim Musabəyov və Azər Qasımov, 38 səh.
Siyasi reklam, ictimai rəyin öyrənilməsi, könüllərin cəlb olunması, seçki kampaniyasının təşkili və s. barədə ABŞ təcrübəsindən danışılıb.

15. Siyasi liderlik
Rasim Musabəyov və Zərifə Musayeva, 28 səh.
Broşur müasir politologiyada liderlik nəzəriyyələri, siyasi liderlərin tipologiyası və funksiyaları və s. xüsusiyyətləri əhatə edir.

16. ABŞ siyasi partiyalarının təcrübəsi
Akif Nağı 32 səh.
ABŞ-da siyasi partiyaların yaranması tarixi, onların mübarizə yolları və s. məsələlərə toxunulub.

17. Avropa Birliyi və Avropa inteqrasiyası
Tofiq Qasımov (keçmiş xarici işlər naziri), 60 səh.
Avropa dövlətlərinin və birliklərinin inteqrasiyasına tarixi baxış edilir, inteqrasiyanı zəruri edən amillərdən və s. danışılır.

18. Qadın və Siyasət
Rəna Seyidrzaqızı, 48 səh.
Beynəlxalq qadın hərəkatının yaranmasının tarixi və müasir təcrübəsi, qadın hüquqları və bu hüquqların qanunla müdafiəsi, qadın liderlər və s. problemlərdən bəhs olunur.

19. Siyasi reklam və imicin formalaşdırılması
Zərifə Musayeva, 28 səh.
Siyasi reklam anlayışı, reklam kampaniyası, təşkilatın və liderin siyasi imicinin formalaşdırılması, imic yaradılması texnologiyasından bəhs olunur.

20. Hökumətin fəaliyyətinə parlament nəzarəti
Qulamhüseyi Əliyev, 24 səh.
Parlament nəzarətinin mahiyyəti, onun əsas formaları barədə geniş məlumat verilib.

21. İctimai rəy və siyasət
Əhməd Qəşəmoğlu, 20 səh.
İctimai rəyin xüsusiyyətləri, rəy anlayışı, müasir siyasətdə ictimai rəyi öyrənmə mərkəzlərinin vacibliyi və s. məsələlərə toxunulub.

22. Partiyaların mətbuat xidmətləri və pablik rileyşn
Arif Əliyev, 28 səh.
Mətbuat xidmətlərinin vəzifələrindən, iş metodlarından və s. bəhs olunur.

“DEMOKRATIK BÜLLETEN”LƏR SERİYASI

I. “DEMOKRATIK BÜLLETEN”LƏR SERİYASI

1. Siyasi plüralizm və çoxpartiyalı demokratiya
Rasim Musabəyov, 39 səh.
Broşüra siyasi partiyaların hüquqi tənzimlənməsi, funksiyaları və fəaliyyət formaları, klassifikasiyası, parlament fəaliyyəti, postkommunist məkanda çoxpartiyalı demokratiyanın formalaşması problemlərindən bəhs edir.

2. Etnik azlıqların hüquqları və siyasi təminatları
Rasim Musabəyov, 24 səh.
Bu broşürda milli azlıqların hüquqlarının qorunmasında beynəlxalq təcrübə, BMT və ATƏT-in bu sahədə gördüyü mütəmadi tədbirlərdən danışılır.

3. Cəmiyyətin və dövlətin hüquqi əsasları
Qulamhüseyn Əliyev, 27 səh.
Burada cəmiyyətin siyasi sistemi, sosial nizamasalma və dövlətin konstitusiya-hüquqi səciyyəsi məsələlərinə toxunulub.

4. İnsan hüquqları müdafiəsinin nəzəri əsasları, təşkilatları, vəzifələri, vasitələri
Arzu Abdullayeva, 23 səh.
Broşurada insan haqları nədir, insan haqlarının müdafiəsi vasitələri, insan hüquqlarını müdafiə edən qurumlar və onların vəzifələri haqqında danışılır və bu təşkilatların ünvanları çap edilib.

5. Azad mətbuat və onun cəmiyyətdə rolu
Arif Əliyev, 28 səh.
Broşürda Avropa ölkələrində, Kanada, Avstraliya və ABŞ-da mətbuatın fəaliyyət təcrübəsinin və kütləvi informasiya vasitələri sahəsində mövcud qanunların müqayisəli təhlili və Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qanunvericilik bazasından bəhs edilir.

6. Din və cəmiyyət: təsirlər, nəticələr və problemin demokratik həlli
prof. Niyazi Mehdi, 25 səh.
Müəllif oxucunu dinin cəmiyyətdəki rolu haqqında, demokratiyada din probleminin həm hüquqi, həm mənəvi, həm mədəni aspektləri ilə tanış edir.

7. Cəmiyyət, siyasət və ideologiya
prof. Cəmil Əhmədli, 32 səh.
Mürəkkəb və özünütənzimləyən sistem olan cəmiyyət təkcə siyasət və ideologiya elementlərindən (alt sistemlərdən) ibarət deyil. Bu broşürda məqsəd təkcə bu anlayışların məzmununu aşkarlamaq deyil, habelə bu anlayışların ifadə etdikləri sosial institutların təsir dairələrini, onların bir-birinə olan koordinasiya (bir-birinə təsiretmə mexanizmi) və subardinasiya (tabelik) əlaqələrini də açmaqdır.

8. Demokratiya və azad seçkilər
Fuad Ağayev, 26 səh.
Seçki prinsipləri və sistemləri, seçki prosesi və ədalətli, demokratik seçkilərin beynəlxalq və yerli təcrübəsinin müqayisəli təhlili verilib.

9. Siyasi etika
prof. İlham Məmmədzadə, 18 səh.
Burada siyasi etikanın məzmunu və kateqoriyaları, avtoritarizm və siyasi etika problemlərinə toxunulub.

10. Demokratiyanın təməl prinsipləri
Hikmət Hacızadə, 26 səh.
Broşürda demokratiya və insan hüquqlarının inkişaf tarixindən bəhs olunur.

11. Müasir sosial-demokratiya
Zərdüşt Əlizadə (Sosial-demokratiya Partiyasının sədri), 19 səh.
Sosial-demokratiyanın yaranma tarixi, onun mahiyyəti, onun kommunizmdən fərqli cəhətləri və s. məsələlərdən danışılır.

12. Etnik siyasət
prof. Əlikram Tağıyev, 28 səh.
Etnos və millət məsələləri, etno-milli problemlər və onların aradan qaldırılması.

13. Siyasi radikalizm
Akif Nağı,24 səh.
Siyasi radikalizmin müxtəlif cərəyanlarına: sağ radikalizm (faşizm, nasionalizm), sol radikalizm (anarxizm, bolşevizm, trotskizm, maoizm) və siyasi ekstremizm anlayışlarının izahı verilib.

14. Dünyanın qlobal problemləri
prof. Qabil Hüseynli, 16 səh.
Qlobal problemlərin mənşəyi, mahiyyəti və onların təsnifatı, əsas problemlər və onların həlli yolları və bu sahədə beynəlxalq əməkdaşlıq.

15. Konfliktlər və siyasət
prof. Hikmət Dayızadə, 28 səh.
Konflikt nəzəriyyələri, siyasi konfliktlərin xüsusiyyətləri, dinamikası və həlli yolları.

16. Siyasi konservatizm
Nazilə Telmanqızı, 27 səh.
Siyasi konservatizmə tarixi baxış edilib, əsas prinsipləri göstərilib, konservatizm anlamında xüsusi mülkiyyət, insan azadlığı, sosial ədalət və s. prinsiplər izah olunub.

17. Siyasi liberalizm
prof. Lalə Şövkət (Liberal partiyasının sədri), 31 səh.
Liberalizm və onun əsas prinsipləri, konsepsiyaları, modelləri və tiplərindən danışılır.

18. Ordu və siyasət
Qulamhüseyn Əliyev, 20 səh.
Broşürda dövlət mexanizmində ordunun yeri, ordunun təşkilinin konstitusiya-hüquqi əsasları, orduya mülki nəzarət və s.məsələlərə toxunulub.

19. BMT. ATƏT və yeni dünya düzəni
Tofiq Qasımov (keçmiş xarici işlər naziri), 40 səh.
V.Vilson və kollektiv təhlükəsizlik ideyasının institutlaşdırılması, R.Nikson və qarşıdurmadan əməkdaşlıq siyasətinə keçid, yeni dünya düzəninin əsasları və s. problemlərdən bəhs edir.

20. Sosial və siyasi proqnozlaşdırmanın əsasları
Rasim Musabəyov, 32 səh.
Siyasətdə proqnozlaşdırmanın rolu və əhəmiyyəti, proqnozlaşdırmanın elmi əsasları, xüsusiyyətləri, metodları və başqa cəhətləndən danışılır.

21. Qeyri-zorakı mübarizənin nəzəriyyəsi və taktikası
prof. Niyazi Mehdi və Hikmət Hacızadə, 32 səh.
Qeyri-zorakı mübarizə hərəkatına tarixi baxış edilib, bu aksiyaların forma və simvollarındın və s. danışılır.

22. Müasir geopolitika
prof. Musa Qasımov, 36 səh.
Müasir geopolitikanın problemlərinə toxunulur.

23. NATO və Avropa təhlükəsizlik sistemi
Sülhəddin Əkbər, 44 səh.
NATO-nun yaranma zərurəti, onun iş mexanizmləri, strateci konsepsiyası və s. məsələlərdən bəhs olunur.

24. İnkişaf etmiş ölkələrdə dövlət qulluğu
Qulamhüseyn Əliyev, 31 səh.
Broşürda dövlət qulluğunun əsas sistemləri, onun təşkilinin əsasları və prinsipləri, elitar dövlət məmurlarının hazırlığı və s. məsələlərin geniş izahı verilib.

25. Azadlıq və tərəqqi
prof. Cəmil Əhmədli, 28 səh.
Broşurda azadlıq anlayışına müxtəlif baxışların geniş izahı verilib, azadlığın növləri və əxlaqi-psixoloci aspektləri şərh edilib.

26. Ekologiya və siyasət
Sevil Məmmədova, 24 səh.
Müasir ekoloci siyasət, onun beynəlxalq aspektləri, ekoloci hərəkat, siyasət və mədəniyyət problemlərindən bəhs olunur.

27. İctimai-siyasi həyatda kompromis və saziş axtarışları
Məhərrəm Zülfüqarlı, 40 səh.
Kompromis və saziş məfhumlarına fərqli münasibətlərin izahı və danışıqların müxtəlif yolları şərh olunub.

28. Lobbizm
Rasim Musabəyov və Fariz Rzayev, 28 səh.
Lobbizm nədir, ABŞ və başqa ölkələrdə lobbizm təcrübəsi, onun fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və ona nəzarət sualları cavablandırılıb.

29. İqtisadiyyat və siyasət
prof. Nazim Müzəffərli, 28 səh.
Sağçılar və solçular: Siyasi rəqabətin iqtisadi faydası. Mülkiyyət. İqtisadi və siyasi hakimiyyət.

30. Elitalar və hakimiyyət
Rasim Musabəyov, 24 səh.
Müasir siyasət elmində elitalar nəzəriyyəsi, Azərbaycan elitalarının formalaşma xüsusiyyətləri və s. şərh olunub.

DÜNYA PLÜRALISTLƏRI BAKIDA TOPLAŞDILAR

DÜNYA PLÜRALISTLƏRI BAKIDA TOPLAŞDILAR

2003-cü ilin 4-6 aprel tarixində Bakıda Şərqi Avropa Demokratiya İnstitutu (İDEE) və İnam Plüralizm Mərkəzinin təşkilatçılığı ilə Plüralizm Mərkəzləri Şəbəkəsinin 18-ci Görüşü keçirildi. (İnam 1997-ci ildə Şəbəkənin 9-cu Görüşünü də Bakıda təşkil etmişdi.) Şəbəkənin 10-cu ildönümünə təsadüf edən tədbirdə ABŞ, Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Balkan və Qafqazın 25 ölkəsindən 60-dan çox ictimai xadim, siyasi lider, curnalist, hüquq müdafiəçisi və QHT nümayəndəsi iştirak edirdi.

Tədbiri giriş sözü ilə İnam Plüralizm Mərkəzinin direktoru Vahid Qazi açıb. O, qonaqları salamladıqdan sonra

Şəbəkənin 18-ci konfransının Bakıda keçirilməsinin səbəbləri haqqında danışıb: “Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, etnik baxımdan türk xalqlarının, geosiyasi baxımdan demokratik Avropa ilə avtoritar Asiya arasında yerləşən yarımdemokratik ölkədir. Bu tədbirin Azərbaycanda, özu də seçki ərəfəsində, keçirilməsi bir çox baxımdan önəmlidir”.

Sonra konfransın digər təşkilatçısı, Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota çıxış edərək Şəbəkənin 10 illik fəaliyyəti barədə məlumat verib. “Şəbəkəni təsis edərkən onun belə geniş məkanı əhatə edəcəyini təsəvvürümə gətirməzdim” deyən xanım Lasota plüralizm mərkəzlərinin birgə proqramlar gerçəkləşdirmək, təşkilatlararası informasiya və təcrübə mübadiləsi aparmaq, regionda demokratiya və sivil dəyərlərin inkişaf etdirilməsinə şərait yaratmaq məqsədi daşıdığını bildirib.

Konfransın “Orta Asiya və Qafqazda demokratiya ola bilərmi?” adlı ilk sessiyasında çıxış edən Gürcüstan Respublikaçılar Partiyasının sədri David Berdzenişvili, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Qırğızıstan Korrupsiya Əleyhinə Vətəndaş Assosasiyasının direktoru Tolekan İsmayılovanın məruzələri geniş müzakirələrə səbəb olub. “Demokratiyanın köhnə və yeni təhlükələri” adlı ikinci sessiyada isə Serbiya Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri Milenko Dereta, Rumıniya Apador-Helsinki Komitəsinin sədri Gabriel Andreecu, Rusiyanın “Prima” Xəbərlər Agentliyinin direktoru Aleksandr Podrabinek mövzu ilə bağlı geniş məruzə ediblər. Mövzu ətrafında maraqlı diskussiya aparılıb.

Konfransın ikinci günü “Demokratiya necə müdafiə oluna bilər?” mövzusuna həsr olunmuş üçüncü sessiya ilə başlayıb. Rumıniyanın “Liqa Pro Europa” təşkilatının rəhbəri Smaranda Enaçenin və Ukrayna Krım Tatarları Məclisinin Başqanı, Ukrayna Ali Radasının üzvü, məşhur dissident Mustafa Krımoğlu Cəmilov, Gürcüstanın Əməkdaşlıq və İnkişaf Mərkəzinin direktoru İvlian Haindrava və Vətəndaş Təşəbbüslərinin Kosovo Hərəkatının lideri Ylber Hysa bu mövzuda çıxış ediblər. Məruzələrdən sonra iştirakçılar sessiyanın davamı olaraq, qruplara bölünərək, “Bugünkü və gələcək nəslin təlimi”, “Təşkilatlanma və icma quruculuğu”, “Demokratiyaya uyğun leqal sistemin yaradılması”, “Milli azadlıqların hüquqları və etnik konfliktlərin öhdəsindən necə gəlməli” mövzuları ətrafında müzakirələr aparıblar.

Növbəti sessiyada Polşa Seyminin üzvü, senator Zbiqnev Romaşevski “Müxalifətin siyasəti, koalisiyalar və qələbə” mövzusunda məruzə edib. Bundan sonra iştirakçılar bir daha qruplara bölünərək “QHT və seçkilər”, “Monitorinq və seçkilər”, “Mətbuat və seçkilər” və “Legal əngəllər” mövzusunda problemləri müzakirə ediblər. Həmin gün “Dünya hadisələri və onların regiona təsiri” adlı xüsusi sessiya ilə başa çatıb.

Konfransın son sessiyası “Plüralizm Mərkəzlərinin Gələcəyi” adlanırdı. Bu sessiyada Şəbəkənin 10 illik tarixi həmin dövrdə postkommunist məkanda baş verən yeniliklər kontekstində müzakirə olunub. Plüralistlər, həmçinin “Missiya başa çatdımı?”, “Gələcək lazımdırmı?” və “Növbəti 3,5,10 ilin prioritetləri nədən ibarət olmalıdır?” sualları ətrafında Şəbəkənin gələcək fəaliyyət proqramını müzakirə ediblər.

Konfrans günlərində və sonra qonaqlar ölkənin bir sıra ictimai-siyasi təşkilatlarında görüşlər keçirmiş, Şəhidlər Xiyabanında və Bakının başqa görməli yerlərində olmuşlar.