Archive for July, 2010
QHT BÜLLETENİ 7
QHT BÜLLETENİ
“Qeyri hökumət Təşkilatları” informasiya bülletenin köməyilə ictimai sektorla bağlı yeniliklərlə, yerli və xarici QHT-lərin təcrübələrilə, beynəlxalq fondların proqramları ilə tanış olmaq, əlaqələr yaratmaq mümkündür.
QEYRİ HÖKUMƏT TƏŞKİLATLARI
İnformasiya Bülletenin # 7
İÇİNDƏKİLƏR
Mustafa Hacıbəyli 
PLÜRALİZM MƏRKƏZLƏRİ IDEE-NİN DEMOKRATİYAYA TÖVHƏSİDİR
Nadir Adilov
AZƏRBAYCANDA VƏKİLLİYİN MÜASİR VƏZİYYƏTİ GƏLƏCƏK ÜÇÜN NƏ VƏD EDİR?
Rüfət Əliyev, Nizami Heydərov
İSTİLAHA QAYIDAQ… VƏ YAXUD BİR DAHA “İNTERAKTİVLİK” HAQQINDA
Aynur Bağırzadə
ÜÇÜNCÜ SEKTORUN KOMMERSİYA FƏALİYYƏTİ
Tamerlan H. Tağıyev
İNSAN HÜQUQLARI VƏ ƏSAS AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI KONTEKSTİNDƏ “AĞILA SIĞAN MÜDDƏTLƏR” VƏ “MÜSTƏQİL VƏ QƏRƏZSİZ MƏHKƏMƏ” ANLAYIŞLARI
TƏLİMÇİLƏR ÜÇÜN TRENİNQ-SEMİNAR
Yaqut Əliyeva
ÜÇÜNCÜ SEKTOR-DÖVLƏTİN YARDIMÇI QÜVVƏSİ KİMİ
İlahə Rafaelqızı
ÜMİD YERİ
BİZ KİMİK?
AZƏRBAYCAN DEMOKRATİK TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI (ADTGT)
Bakı, Azərbaycan
AZƏRBAYCANIN GƏNC LİDERLƏRİ ASSOSASİYASI (AYLA)
Gəncə, Azərbaycan
AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ
Bakı, Azərbaycan
AZƏRBAYCAN TARİX MÜƏLLİMLƏRİ – İctimai Birliyi
Bakı, Azərbaycan
AZƏRBAYCAN YARADICI MÜHƏNDİSLƏR İctimai Birliyi
Bakı, Azərbaycan
“ANKOR” ANTİ-KORRUPSİYA MƏRKƏZİ
Bakı, Azərbaycan
AVROPANIN GƏNC AZƏRBAYCANLI DOSTLARI ASSOSİASİYASI (AGADA)
Bakı, Azərbaycan
BEYNƏLXALQ İCTİMAİ İSTEHLAKÇILAR KONFEDERASİYASI (Konfop)
“CƏMİYYƏT VƏ HÜQUQ” İctimai Birliyi nəzdində
“İNSAN HAQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏTETMƏ MƏRKƏZİ”
Bakı, Azərbaycan
DEMOKRATİK İSLAHATLAR UĞRUNDA CƏMİYYƏT (DİUC)
Bakı, Azərbaycan
DEMOKRATİK SEÇKİ MƏRKƏZİ (DSM)
Bakı, Azərbaycan
DEMOKRATİYA VƏ REGİONALİZM MƏRKƏZİ
Batumi, Gürcüstan
DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ (DGTYB)
Bakı, Azərbaycan
“DZELVERTE”- QADIN KLUBU
Latviya, Barkava kəndi
EKO-TES (ekologiya, təhsil, elm, sənaye) İctimai Birliyi
Mingəçevir, Azərbaycan
“EKOSAF” EKOLOJİ İÇTİMAİ BİRLİYİ
Bakı, Azərbaycan
“GƏLƏCƏK NAMİNƏ” (GN) İNFORMASİYA TEXNOLOGİYALARI TƏŞKİLATI
Bakı, Azərbaycan
GENDER ARAŞDIRMALARI MƏRKƏZİ
Bakı, Azərbaycan
“HİMAYƏ” UŞAQ İCTİMAİ BİRLİYİ
Bakı, Azərbaycan
HÜQUQİ YARDIM MƏRKƏZİ
Narva, Estoniya
XİLASKAR YARDIM VƏ İNKİŞAF CƏMİYYƏTİ
Bakı, Azərbaycan
“İNAM” AZƏRBAYCAN TƏLİMÇİLƏR BİRLİYİ
“KOMOARA” (“XƏZİNƏ”) AKADEMİK FOLKLOR CƏMİYYƏTİ
Kişinyov, Moldova
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI TRENERLƏRİ CƏMİYYƏTİ (QHT-TC-STOP)
Varşava, Polşa
QHT FANDREYZİNQ MƏRKƏZİ (QFM)
Bakı, Azərbaycan
“QÖNÇƏ” XƏSTƏ UŞAQLARA YARDIM CƏMİYYƏTİ
Bakı, Azərbaycan
“MADAN” – QADIN QEYRİ-HÖKUMƏT TƏŞKİLATI
Xoroq, Tacıkistan
“MAXULDÜR”
Simferopol, Krım, Ukrayna
“MÜLKİ CƏMİYYƏTƏ DOĞRU” MƏRKƏZİ
Bakı, Azərbaycan
“OPUS” – QEYRİ-HÖKUMƏT TƏŞƏBBÜSLƏRİN İNKİŞAFINA YARDIM MƏRKƏZİ
Lodz, Polşa
“PRAYM” TƏLƏBƏ BİRLİYİ
Sankt-Peterburq, Rusiya
RUSİYADA ÜMUMDÜNYA VƏHŞİ TƏBİƏT FONDU
Rusiya
SPLOT QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA YARDIM ŞƏBƏKƏSİ
Varşava, Polşa
“SABAH” GƏNCLƏR BİRLİYİ
Bakı, Azərbaycan
SİYASİ İNNOVASİYA VƏ TEXNOLOGİYA MƏRKƏZİ
Bakı, Azərbaycan
“VƏTƏNDAŞ CƏMİYYƏTİ UĞRUNDA” (VCU) Müsətəqil Məsləhət və Yardım Mərkəzi
Bakı, Azərbaycan
VALİDEYN KÖRPÜSÜ
Sankt-Peterburq, Rusiya
LAYİHƏLƏRƏ DƏSTƏK: QRANTLAR
İNSAN HAQLARI KANADA FONDU
Monreal, Kanada
XEYRİYYƏÇİLİK QABİLİYYƏTİ ÜZRƏ QRANTLAR PROQRAMI
London, Birləşmiş Krallıq
BEYNALXALQ TƏDQİQATLAR VƏ MÜBADİLƏ ŞURASI (IREX) ABŞ SƏFİRLİYİNİN TƏHSİL VƏ MƏDƏNİYYƏT ÜZRƏ ƏLAQƏLƏR ŞÖBƏSİ (ECA)
PLOUGHSHARES FUND
San-Fransisko, ABŞ
QHT BÜLLETENİ 8
QHT BÜLLETENİ
“Qeyri hökumət Təşkilatları” informasiya bülletenin köməyilə ictimai sektorla bağlı yeniliklərlə, yerli və xarici QHT-lərin təcrübələrilə, beynəlxalq fondların proqramları ilə tanış olmaq, əlaqələr yaratmaq mümkündür.
QEYRİ HÖKUMƏT TƏŞKİLATLARI
İnformasiya Bülletenin # 8
İÇİNDƏKİLƏR
Aleksandr Şalayka, Siarhic Makeviç 
İLK ADDIM
Azər Allahverənov
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN TƏŞƏKKÜL TAPMASINDA SOSİAL NƏZARƏTİN ROLU.
SUAL – CAVAB RUBRİKASI
Asif İsmayılov
AVROPA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ KÖNÜLLÜLÜK TƏCRÜBƏSİ
BİZ KİMİK?
AKTAM – AZƏRBAYCANDAN KƏNARDA TƏHSİL ALMIŞ MÜTƏXƏSSİSLƏR TƏŞKİLATI
Bakı, Azərbaycan
“ARAZ” REGİONAL HUMANİTAR TƏDQİQATLAR İCTİMAİ BİRLİYİ
İmişli, Azərbaycan
AZAD SEÇKİLƏR VƏ DEMOKRATİYA MƏRKƏZİ
Belqrad, Yuqoslav (Serbiya)
AZƏRBAYCAN RESPUBLİKASI “ƏLİLLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA” (ƏBƏU) CƏMİYYƏTİ
Bakı, Azərbaycan
AZƏRBAYCAN RESPUBLİKASI MÜSTƏQİL GƏNCLƏR BİRLİYİ
Bakı, Azərbaycan
AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR (İşəgötürənlər) TƏŞKİLATLARI
MİLLİ KONFEDERASİYASI (ASK)
Bakı, Azərbaycan
AZƏRBAYCAN SOSİOLOGİYA ASSOSİASİYASI
Bakı, Azərbaycan
AZƏRBAYCAN STOMATOLOJİ ASSOSİASİYA
Bakı, Azərbaycan
AZƏRBAYCAN UŞAQDAN-UŞAĞA SÜLH ŞƏBƏKƏSİ
Bakı, Azərbaycan
BMT KÖNÜLLÜLƏR PROQRAMI GƏNC KÖNÜLLÜLƏRİ İDARƏETMƏ QRUPU
Bakı, Azərbaycan
CƏNUB ECO-SOS
Lənkəran, Azərbaycan
“DAN YERİ” QEYRİ-DÖVLƏT İCTİMAİ XEYRİYYƏ BİRLİYİ
Sumqayıt, Azərbaycan
DEMOKRATİK İNTEQRASİYA ASSOSİASİYASI (DİA)
Bakı, Azərbaycan
“DİRÇƏLİŞ” GƏNCLƏRİN SOSİAL-PSİXOLOJİ REABİLİTASİYA MƏRKƏZİ
Bakı, Azərbaycan
“ƏLİL QADINLAR” CƏMİYYƏTİ
Bakı, Azərbaycan
“ƏKİNÇİ” Mətbuat Cəmiyyəti
Bakı, Azərbaycan
GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİ
Bakı, Azərbaycan
İNSAN HÜQUQLARI İNSTİTUTU
Moskva, Rusiya
İNSAN HÜQUQLARININ TƏBLİĞATI VƏ İNFORMASİYA MƏRKƏZİ (İHATİM)
Bakı, Azərbaycan
“İNSAN VƏ ALƏM” İCTİMAİ BİRLİYİ
Bakı, Azərbaycan
QADIN HÜQUQLARI VƏ MARAQLARININ MÜDAFİƏ MƏRKƏZİ
Səmərqənd, Özbəkistan
QAFQAZ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ BÖLGƏ KONFEDERASİYASI
Bakı, Azərbaycan
“MİNGƏÇEVİR” QHT ƏMƏKDAŞLIQ MƏRKƏZİ
Mingəçevir, Azərbaycan
“MÜŞFİQ” ƏLİL UŞAQLARA YARDIM BİRLİYİ
Bakı, Azərbaycan
“SİMURQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI
Bakı, Azərbaycan
ŞƏKİ ƏLİLLƏRƏ QAYĞI İCTİMAİ BİRLİYİ
Şəki, Azərbaycan
“TƏSƏLLİ” XEYRİYYƏ TƏŞKİLATI
Bakı, Azərbaycan
“TİBB İŞÇİLƏRİ EKOLOGİYA UĞRUNDA” İCTİMAİ BİRLİYİ
Dubossar, Moldova
RUSİYADA ÜMUMDÜNYA VƏHŞİ TƏBİƏT FONDU
Rusiya
“TOLERANS” İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ İCTİMAİ BİRLİYİ
Bakı, Azərbaycan
“TUTU” UŞAQ MƏDƏNİYƏT MƏRKƏZİ
Bakı, Azərbaycan
KİTABLAR
LİBERALLAŞMA VƏ LENİNÇİ İRSLƏR: DEMOKRATİK KEÇİDLƏR HAQQINDA MÜQAYİSƏLİ PERSPEKTİVLƏR
Beverli Krauford və Arend Licfartın redaktorluğu ilə
«Liberallaşma və leninçi irslər. Demokratiyaya keçidə dair müqayisəli perspektivlər» kitabında kommunizmin süqutundan sonra keçmiş sovet məkanında müstəqillik əldə etmiş yeni cəmiyyətlərin demokratiyaya keçid prosesinin perspektivləri müqayisəli şəkildə təhlil olunur. Keçid prosesinin istiqamətini müəyyənləşdirən, onun gedişatına ciddi təsir göstərən müxtəlif amillər şərh edilir. Müəlliflərin fikrincə, kommunizmin süquta uğraması sosioloqlara həm siyasi dəyişmə nəzəriyyələrini sınaqdan keçirmək, həm də siyasi və sosial keçidlə bağlı yeni yanaşma metodları axtarıb tapmaq üçün əlverişli şərait yaradır.
Tərcüməçi: Tehran Vəliyev
Redaktor: Vahid Qazi
Korrektor: Kəmalə Cəfərova
İÇİNDƏKİLƏR :
Beverli Krauford və Arend Licfart
Köhnə irslər, yeni institutlar: postkommunist rejimlərdə siyasi və iqtisadi trayektoriyaların izahı
Metyu Soberq Şuqart
Siyasətçilər, partiyalar və prezidentlər: postavtoritar institusional tərtibatın tədqiqi
Konni Skuayres Mini
Xarici ekspertlər, kapitalistlər və rəqabətdə olan gündəmlər: Polşa, Çex Respublikası və Macarıstanda özəlləşdirmə
Akos Rona-Tas
Sosial mühəndislik və tarixi irslər: Macarıstanda və Çex Respublikasında özəlləşdirmə və biznes elitası
Barbara Geddes
ABŞ DÖVLƏTİ
Ümumi cizgilər
ABŞ Dövlət Departamenti Beynəlxalq İnformasiya Proqramları İdarəsi
http://usinfo.state.gov
İlk nəşrin müəllifi: Riçard C.Şroder. 1989-cu ildə Natan Qlik tərəfindən genişləndirilmiş və yenidən işlənmişdir, o, həmçinin 2-ci fəslin – “Konstitusiyanın şərhi: Federalist məqalələr”in müəllifidir. 2000-ci ildə Rozalina Tarqonski tərəfindən genişləndirilmiş və yenidən işlənmişdir. O, həmçinin 6-cı fəslin – “Ali Məhkəmənin istinad qərarları”nın müəllifidir. 8-ci fəsli – “Xalq dövləti: Vətəndaşların rolu” bu nəşr üçün Robert L.Teylor tərəfindən yazılmışdır.
Tərcüməçi: Tehran Vəliyev
Redaktor: Vahid Qazi
Operator: Səbinə Bayramova
Korrektor: Kəmalə Cəfərova
Mündəricat
Fəsil 1
Konstitusiya: qüvvədən düşməyən sənəd
Fəsil 2
Konstitusiyanın şərhi: Federalist məqalələr
Fəsil 3
İcra qanadı: Prezidentin səlahiyyətləri
Fəsil 4
Qanunverici qanad: Konqresin əhatə dairəsi
Fəsil 5
Məhkəmə qanadı: Konstitusiyanın şərhi
Fəsil 6
Ali Məhkəmənin nümunə xarakterli qərarları
Fəsil 7
Çoxlu dövlətlər ölkəsi
Fəsil 8
Xalqın dövləti: Vətəndaşların rolu
ABŞ dövləti haqqında əlavə ədəbiyyat
ABŞ İQTİSADİYYATI 
Ümumi cizgilər
ABŞ Dövlət Departamenti Beynəlxalq İnformasiya Proqramları İdarəsi
http://usinfo.state.gov
Bu kitab ABŞ Dövlət Departamenti üçün “Wall Street Journal” qəzetinin sabiq redaktoru və müxbiri Kristofer Konte tərəfindən, həmin qəzetin sabiq müxbiri Albert R.Karrla birlikdə hazırlanmışdır. 1981-ci ilin əvvəllərindən başlayaraq ABŞ İnformasiya Agentliyi tərəfindən bir neçə dəfə nəşr edilən bu kitabın indiki nəşri yenidən nəzərdən keçirilmiş və ona əlavələr edilmişdir.
Tərcüməçi: Tehran Vəliyev
Redaktor: Vahid Qazi
Operator: Səbinə Bayramova
Korrektor: Kəmalə Cəfərova
Mündəricat
- Davamlılıq və dəyişkənlik
- ABŞ iqtisadiyyatı necə işləyir
- ABŞ iqtisadiyyatı: qısa tarixçə
- Kiçik biznes və səhmdar cəmiyyəti
- Aksiyalar, istehlak malları və bazarlar
- Hökumətin iqtisadiyyatda rolu
- Pul və maliyyə siyasəti
- Amerikanın kənd təsərrüfatı: onun dəyişkən mahiyyəti
- Amerikada işçi qüvvəsi: işçilərin rolu
- Xarici ticarət və qlobal iqtisadi siyasətlər
- Sözardı: iqtisadiyyatdan o yanda
- İqtisadi terminlər lüğəti
DEMOKRATIYA MƏQALƏLƏRİ
Tərcüməçi: Tehran Vəliyev və Cahan Əliyeva
Redaktor: Vahid Qazi
Korrektor: Kəmalə Cəfərova
1. Melvin İ.Urofski GİRİŞ: DEMOKRATİYANIN ƏSAS PRINSİPLƏRİ
2. Qreq Rassel KONSTİTUSİYAÇILIQ: AMERİKADA VƏ XARİCDƏ
3. Qrier Stefenson DEMOKRATİK SEÇKİ PRİNSİPLƏRİ
4. Devid Y.Boden Hamer FEDERALİZM VƏ DEMOKRATİYA
5. Qordon Morris Bakken DEMOKRATİK CƏMİYYƏTDƏ QANUN YARADICILIĞI
6. Filippa Stram MÜSTƏQİL MƏHKƏMƏLƏRİN ROLU
7. Riçard M. Pios PREZİDENT İDARƏÇİLİYİ HAKİMİYYƏTİ
8. Jon V.Jonson AZAD MƏTBUATIN ROLU
9. R.Hallen Hays MARAQ QRUPLARI
10. Rodney A. Smolla İNSANLARIN BİLMƏK HÜQUQU: DÖVLƏT İDARƏLƏRİNİN ŞƏFFAFLIĞI
11. Tinsley Yarbruh AZLIQLARIN HÜQUQLARININ MÜDAFİƏSİ
12. Maykl F. Keiro ORDUYA MÜLKİ NƏZARƏT
I. SİYASİ BİLİKLƏRİN ƏSASLARI. I- CİLD

Bakı 1997, 192 səh.
Kitabda Mərkəzin “Demokratik bülletenlər” seriyasından çap etdiyi ilk 10 broşur cəmlənib.
1. Siyasi plüralizm və çoxpartiyalı demokratiya
2. Etnik azlıqların hüquqları və siyasi təminatları
3. Cəmiyyətin və dövlətin hüquqi əsasları
4. İnsan hüquqları müdafiəsinin nəzəri əsasları, təşkilatları, vəzifələri, vasitələri
5. Azad mətbuat və onun cəmiyyətdə rolu
6. Din və cəmiyyət: təsirlər, nəticələr və problemin demokratik həlli
7. Cəmiyyət, siyasət və ideologiya
8. Demokratiya və azad seçkilər
9. Siyasi etika
10. Demokratiyanın təməl prinsipləri
II. SİYASİ BİLİKLƏRİN ƏSASLARI. II- CİLD

Bakı 1999, 317 səh.
Kitabda Mərkəzin “Demokratik bülletenlər” seriyasından çap etdiyi ikinci 10 broşur cəmlənib.
1. Müasir sosial-demokratiya
2. Etnik siyasət
3. Siyasi radikalizm
4. Dünyanın qlobal problemləri
5. Konfliktlər və siyasət
6. Siyasi konservatizm
7. Siyasi liberalizm
8. Ordu və siyasət
9. BMT. ATƏT və yeni dünya düzəni
10. Sosial və siyasi proqnozlaşdırmanın əsasları
III. RAMİZ RÖVŞƏN “KƏPƏNƏK QANADLARI”

Bakı 1999, 118 səh.
Kitabda zəmanəmizin böyük şairi Ramiz Rövşənin 101 nəğməsi çap edilib.
***
Gecə birin yarısıdı,
nə dünəndi, nə sabah.
İki günün arasında
canım sıxılır, Allah.
Ulduzlardan yuxarısan,
Qorxuram ki yıxılasan.
Sən də bir az yuxulusan,
mən də yuxulu, Allah
Düşüb ev-ev, küçə-küçə
Dünyanı gəzir əcəl.
Bütün ölənlər bu gecə
Səndən çıxılır, Allah.
… Nə qədər ki, göy üzü var,
Göydə hamının gözü var.
Sən də bax, bəlkə nəsə var
Səndən yuxarı, Allah.
***
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göü üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.
IV. İNSAN HÜQUQLARI: BƏŞƏR RİFAHININ TƏMƏLİ

Bakı 2001, 608 səh.
Kitabda Mərkəzin “İnsan hüquqları” seriyasından çap etdiyi 20 broşur və 16 beynəlxalq sənəd cəmlənib.
1. İnsan hüquqlarına dair mexanizm
2. İnsan hüquqları. Bəşəriyyətin başlıca ideyası
3. İnsan hüquqlarının qorunması və təşviqilə məşğul olan milli təsisatlar
4. İnsan hüquqları və qaçqınlar
5. Əməkçi miqrantların hüquqları
6. Məhbusların hüquqları
7. Uşaq hüquqları
8. Qadın hüquqları
9. İctimai müdafiənin təşkili
10. İnsan hüquqları müdafiəsi tarixindən
11. Azərbaycanda siyasi hüquqların və azadlıqların qanunvericilik təminatları
12. Əlillərin hüquqları
13. İnsan hüquqları qorunması üçün Avropa mexanizmləri
14. Hərbi qulluqçuların huquqları
15. KİV və insan hüquqları
16. İnsan hüquqları və seçkilər
17. İstehlakçıların hüquqları
18. Etnik azlıqların hüquqlarının təmin olunmasında və münaqişələrin tənzimlənməsində BMT-nin və ATƏT-in rolu
19. İqtisadi, sosial və mədəni hüquqlar
20. Qanun pozüuntuları zamanı sənədləşdirmə və müraciət qaydaları
21. İnsan Hüquqları Ümumi Bəyannaməsi
22. Mülki Və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt
23. Mülki Və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt Üzrə Könüllü Protokol
24. Mülki Və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt Üzrə İkinji Ölüm Hökmünün Ləğvinə Yönəldilən Könüllü Protokol
25. Assosiasiyalar azadlığı və təşkilat hüququnun qorunması haqqında Konvensiya
26. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
27. Uşaq Hüquqları Bəyannaməsi
28. Uşaq Hüquqları haqqında Konvensiya
29. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt
30. Milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə
31. Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası
32. Qaçqınların statusu haqqında Konvensiya
33. Qaçqınların Statusuna Dair Protokol
34. Təbii Ehtiyatlar üzərində alınmaz Suverenlik haqqında Qətnamə
35. Dövlət qulluğunda əmək münasibətləri haqqında Konvensiya
36. Hüquq-mühafizə sistemi üzrə vəzifəli şəxslərin davranış Kodeksi
Şərqi Avropada leninçi irsə dair müqayisəli perspektivlər
Ellen Komisso
Keçmiş irslər, yoxsa yeni institutlar: Macarıstanda təkrar özəlləşdirmə uğrunda mübarizə
Stefen E. Hanson
Leninçi irs, institusional dəyişiklik və postsovet Rusiyası
SERİYASIZ NƏŞRLƏR
Azadlıq. Müstəqillik və suverenlik
Yakub Karpinski, 1996, 26 səh.
Tanınmış polyak alimi Yakub Karpinskinin azadlıq, müstəqillik və suverenlik haqqında fəlsəfi-politoloji baxışları çap edilib.
Azad seçki insan mənəviyyatının özünütəsdiqidir
Mehman Cavadoğlu, 1998, 27 səh.
Kitabçada demokratik seçkilərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, azad, fəal və təşəbbüskar insanların yetişməsində rolundan bəhs edilir.
Demokratiyanın bərqərar olması və möhkəmlənməsində seçkilərin rolu
Rasim Musabəyov və Dadaş Əhmədov, 1998, 32 səh.
Kitabçada demokratik seçkilərə tarixi baxış edilib, seçki hüququ uğrunda mübarizə tarixinə, seçki sistemləri, həmçinin Azərbaycanın seçki ənənələrinə toxunulub.
Azərbaycanda çoxpartiyalı sistemin formalaşma prosesi: problemlər və perspektivlər
Bakı 1997, 45 səh.
Kitabçada Mərkəzin eyni adlı proqram çərçivəsində apardığı media-monitorinqin və ekspert sorğusunun nəticələri, mövzu ilə bağlı keçirilən konfransda ayrı-ayrı partiya nümayəndələrinin çıxışları çap olunub.
Keçid dövründə Azərbaycan problemlərinə adekvat şüur axtarışları
Bakı 1996, 54 səh.
Kitabçada Mərkəzin eyni adlı proqram çərçivəsində apardığı media-monitorinqin və ekspert sorğusunun nəticələri, problemlə bağlı keçirilən konfransda ayrı-ayrı mütəxəsislərin çıxışları çap olunub.
“DEMOKRATİK TƏCRÜBƏLƏR” SERİYASI
1. Demokratik seçkilər təcrübəsi
Xaqani Cəfərov, səh. 17
Kitabçada ABŞ, Böyük Britaniya, Almaniya və Fransada keçirilən demokratik seçkilər təcrübəsindən bəhs olunur.
2. Yerli idarəetmə orqanlarının təşkili
Xaqani Cəfərov, səh. 17
Avropa İttifaqına daxil olan altı ölkənin yerli idarəetmə orqanlarının təşkilindən bəhs olunur.
3. Milli iqtisadi təhlükəsizlik və onun təmin edilməsi məsələləri
Cəlal Sadiq Əliyev, səh. 20
Kitabçada iqtisadi təhlükəsizlik, dövlətin milli təhlükəsizlik baxımından vacib amillərindən biri kimi şərh olunur.
“QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI” SERİYASI
1. Parlament prosedurlarının əsasları
Kşiştof Stanovski, səh. 44
Kitabça ictimai-siyasi liderlər üçün nəzərdə tutulub. Burada iclas və yığıncaqların keçirmə prosedurları və demokratik idarəetmə üsullarından bəhs olunur.
2. İctimai xidmət etikası. Amerika modeli
Ted Kontek, səh. 20
Kitabçada ABŞ-da ictimai xidmətin mahiyyəti, bu cür fəaliyyət zamanı etik qaydalara riayət olunması və s. məsələlərə toxunulub.
3. Qurultay keçirək
Kşiştof Stanovski, səh. 32
Kitabça ictimai-siyasi liderlər üçün nəzərdə tutulub. Burada ümumi yığıncaq, qurultay və iclasların səmərəli təşkili ilə bağlı yeni şərhlər verilib.
4. Təklifi necə yazmalı
Terens Ryan, Kşiştof Stanovski, səh. 24
Kitabçada QHT nümayəndələri üçün keyfiyyətli layihələr yazılışı zamanı hansı amillərin prioritet olduğundan və layihənin ayrı-ayrı bəndlərin ətraflı şərhindən danışılır.
5. Demokratik cəmiyyətdə 3 sektor
Kşiştof Stanovski, səh. 16
Kitabça demokratik cəmiyyətdə ictimai fəaliyyətin, vətəndaş təşəbbüsünün reallaşması və inkişafı, eyni zamanda cəmiyyətin inkişafında üçüncü sektorun misilsiz rolundan bəhs olunur.<
“İNSAN HÜQUQLARI” SERİYASI
1. İnsan hüquqlarına dair mexanizm
Tərcüməçi Tehran Vəliyev, 20 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda BMT-nin insan hüquqları ilə bağlı təsisatları: ayrı-ayrı komissiyalar, komitələr, təşkilatlar və onların iş prinsipilə bağlı geniş məlumat çap olunub.
2. İnsan hüquqları. Bəşəriyyətin başlıca ideyası
Hikmət Hacızadə, 44 səh.
Broşurda insan hüquqları ideyasının yaranma tarixi, onun antik dövrlərdən bu günə qədərki inkişaf yolları və insan hüquqlarına beynəlxalq nəzarət mexanizmləri haqqında ətraflı bilgi verilir.
3. İnsan hüquqlarının qorunması və təşviqilə məşğul olan milli təsisatlar
Tərcüməçi Tehran Vəliyev, 24 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda insan hüquqları sahəsində fəaliyyət g.stərən yerli və beynəlxalq təşkilatlar haqqında məlumat verilir.
4. İnsan hüquqları və qaçqınlar
Tərcüməçi Tehran Vəliyev, 44 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda qaçqınların problemlərilə məşğul olan beynəlxalq təşkilatlar, onlara dair hüquq normaları barədə geniş şərh verilir.
5. Əməkçi miqrantların hüquqları
Tərcüməçi Tehran Vəliyev, 28 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda əməkçi miqrantların hüquqları, onların problemlərilə məşğul olan beynəlxalq təsisatlar, onlarla bağlı beynəlxalq konvensiya və s. sənədlər barəsində məlumat verilir.
6. Məhbusların hüquqları
Namiq Əliyev, 36 səh.
Broşurda məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları (ümumtətbiq və xüsusi kateqoriyalara tətbiq edilən qaydalar, məhkum edilmiş məhbuslar, ruhi xəstə və kəmağıl məhbuslar və s.) və Azərbaycan qanunvericiliyilə məhbusların hüquqları haqqında məlumat verilir.
7. Uşaq hüquqları
Tərcüməçi Tehran Vəliyev, 44 səh.
Məcmuə BMT-nin Cenevrədəki şöbəsinin İnsan Hüquqları Mərkəzinin nəşr etdiyi materialların tərcüməsidir. Broşurda uşaqların hüquqlarına aid beynəlxalq sənədlər və normalar, Uşaq Hüquqları Komitəsi və digər beynəlxalq təşkilatlar haqqında məlumat verilir.
8. Qadın hüquqları
Rəna Seyidrzaqızı, 28 səh.
Broşurda qadın hüquqları uğrunda mübarizəyə tarixi baxış edilib, BMT-nin qadınlara həsr olunmuş beynəlxalq tədbirləri, sənədləri, Konvensiya barəsində və s. geniş məlumat verilir.
9. İctimai müdafiənin təşkili
Səidə Qocamanlı və Sahib Məmmədov, 16 səh.
Broşurda hüquq pozuntuları ilə bağlı səmərəli ictimai müdafiənin təşkili haqqında beynəlxalq və yerli təcrübələrdən danışılır.
10. İnsan hüquqları müdafiəsi tarixindən
Arzu Abdullayeva və Səcidə Əbdülvahabova, 28 səh.
Kitabçada insan hüquqları probleminin tarixi, onların müdafiəsində qeyri-hökumət təşkilatların rolu, və bu sahədə Azərbaycandakı vəziyyətdən bəhs olunur.
11. Azərbaycanda siyasi hüquqların və azadlıqların qanunvericilik təminatları
Qulamhüseyn Əliyev, 24 səh.
Kitabçada insanların cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak, seçki, birləşmək hüquqları, sərbəst toplaşmaq və məlumat almaq azadlığı haqqında bəhs olunub.
12. Əlillərin hüquqları
Səftər Nehmətli, 24 səh.
Kitabçada əlil kimdir, dünyada onların sayı və kateqoriyaları, problemin mahiyyəti və həllinin zəruriliyi, onlarla bağlı BMT-nin qərar və prinsipləri və onların Azərbaycandakı durumu ilə bağlı suallara cavab verilib.
13. İnsan hüquqları qorunması üçün Avropa mexanizmləri
Hüseynbala Səlimov, 24 səh.
Kitabçada Avropa Şurası və onun insan hüquqları ilə bağlı təsisatları və gördüyü işlər, insan hüquqları ilə batğlı Avropa Konvensiyası, Avropa Sosial Xartiyası və s. sənədlərlə bağlı şərhlər verilib.
14. Hərbi qulluqçuların huquqları
Namiq Əliyev, 40 səh.
Hərbi qulluqçuların hüquqi statusu, onların hüquqları və azadlıqları və vəzifələri, eyni zamanda onlar üçün və onların ailə üzvləri üçün pensiya təminatları, güzəştlər və şəxsi icbari sığortanın hüquqi tənzimlənməsi haqqında geniş məlumat verilib.
15. KİV və insan hüquqları
Zərifə Musayeva, 28 səh.
Kitabçada söz və informasiya azadlıqları insan hüquqlarının başlıca şərti kimi, KİV ictimai rəyin səfərbər edilməsinin və insan hüquqlarının qorunmasının xüsusi forması kimi təqdim edilir.
16. İnsan hüquqları və seçkilər
Məhərrəm Zülfüqarlı, 28 səh.
Broşurda BMT-nin insan hüquqları və seçkilərlə bağlı standartları, insanların seçmək və seçilmək hüquqları və seçki qanunlarının ümumi cəhətləri və s. məsələlərlə bağlı məlumat verilib.
17. İstehlakçıların hüquqları
Əyyub Hüseynov, 32 səh.
Kitabçada istehlakçı və onun hüquqları haqqında ətraflı məlumat verilib, istehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi kimi təqdim edilib, bu hüquqlara dair BMT-nin sənədi və Azərbaycan qununu və s. məsələlər şərh edilib.
18. Etnik azlıqların hüquqlarının təmin olunmasında və münaqişələrin tənzimlənməsində BMT-nin və ATƏT-in rolu Rasim Musabəyov və Mustafa İsgəndərzadə, 40 səh.
Kitabçada etnik problemlər və konfliktlər, azlıqların müəyyənləşdirilməsi və onların hüquqlarının qorunmasına tarixi baxış edilib, və bu cür problemlərin həllində BMT-nin və ATƏT-in rolu və təcrübələrindən bəhs edilib. Burada eyni zamanda azlıqların hüquqları ilə bağlı BMT-nin Bəyannaməsi, Avropa Şurasının Çərçivə Konvensiyası və Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çap olunub.
19. İqtisadi, sosial və mədəni hüquqlar
Qabil Hüseynli, 36 səh.
Kitabçada iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt tam həcmdə çap olunub və onunla bağlı geniş şərh verilib.
20. Qanun pozüuntuları zamanı sənədləşdirmə və müraciət qaydaları
Çingiz Qənizadə, 24 səh.
Kitabçada hüquqları pozulan şəxslərin dövlət orqanlarına müraciət etməsi qaydaları, məhkəməyə qədər, məhkəmə gedişi vaxtı və ondan sonrakı dövrlər üçün hüquqların qorunması ilə bağlı görülən işlər və onların sənədləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.
“CƏMİYYƏT VƏ SİYASƏT” SERIYASI
1. ABŞ siyasi sistemi
Hikmət Hacızadə, 23 səh.
ABŞ konstitusiyası, siyasi partiyaları, eyni zamanda prezident, konqres və ali məhkəməsi barədə ətraflı bilgi verilib.
2. Fransanın siyasi sistemi
Akif Nağı, 28 səh.
Fransa respublikasının yaranma tarixi və mövcud siyasi quruluşuna həsr olunub.
3. Britaniyanın siyasi sistemi
Leyla Yunus, 16 səh.
Broşurda Böyük Britaniyanın dövlət quruluşu, siyasi sistemi, hakimiyyət bölgüsü barədə məlumat verilib.
4. Qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolu
prof. Niyazi Mehdi, 24 səh.
Vətəndaş cəmiyyəti ideyasının tarixi, mübarizə yolu, vətəndaş təşəbbüsünün əhəmiyyəti və s. məsələlərə toxunulub.
5. Almaniyanın siyasi sistemi
prof. Asim Mollazadə, 24 səh.
Almaniyanın dövlət quruluşu və siyasi sistemi barədə məlumat verilib.
6. Avropa ittifaqına daxil olan ölkələrin seçki təcrübəsi
Oqtay İbrahimov, 27 səh.
İttifaqa daxil olan 12 dövlətin seçki təcrübəsindən danışılır.
7. Yerli hakimiyyət və özünüidarəetmə orqanları
Qulamhüseyn Əliyev, 24 səh.
Yerli hakimiyyətin formaları, növləri və səlahiyyətləri, onların fəaliyyətinə nəzarət və onların əsas təminatları məsələlərinə toxunulub.
8. Seçki texnologiyaları
Rasim Musabəyov, 23 səh.
Seçki kampaniyasının strategiyası, planlaşdırılması, seçki komandasının formalaşdırılması, mübarizə taktikası və s. problemlərdən bəhs olunur.
9. Siyasi partiyaların blok və koalisiyalarının formalaşması
Mübariz Əhmədli, 24 səh.
Blok və koalisiyaların yaranmasına təsir edən amillər, onların funksiyaları, onların yaranmasının müasir və tarixi təcrübəsindən danışılır.
10. Demokratiya və məhkəmə sistemi
Tahir Kərimli (Ali Məhkəmənin keçmiş sədri), 20 səh.
Hüquqi dövlətdə məhkəmənin rolu, məhkəmənin hakimiyyətin bir qolu kimi müstəqilliyi və s. sahələrə toxunulub.
11. Hakimiyyət tərəfindən zorakılıq olanda
Əskər Əhməd, Vidadi Mahmudlu, Çingiz Qənizadə və Niyazi Mehdi, 32 səh.
Broşurda hakimiyyət nümayəndələri tərəfindən hüquqların pozulması zamanı hansı zəruri hüquqları bilməkdən bəhs olunur.
12. Fokus qrupların siyasi fəaliyyətdə istifadəsi
Rüfət Quliyev, 24 səh.
Fokus qruplar haqqında ətraflı məlumat verilir və onlardan siyasi fəaliyyətdə istifadə effektindən danışılır.
13. KİV və siyasət
prof. Rafiq Zeynalov, 24 səh.
KİV-in siyasətdə yeri və rolu, onun hakimiyyət orqanları ilə qarşılıqlı münasibəti, mediyanın funksiyaları və s. bəhs olunur.
14. Seçki marketinqi. ABŞ təcrübəsi
Rasim Musabəyov və Azər Qasımov, 38 səh.
Siyasi reklam, ictimai rəyin öyrənilməsi, könüllərin cəlb olunması, seçki kampaniyasının təşkili və s. barədə ABŞ təcrübəsindən danışılıb.
15. Siyasi liderlik
Rasim Musabəyov və Zərifə Musayeva, 28 səh.
Broşur müasir politologiyada liderlik nəzəriyyələri, siyasi liderlərin tipologiyası və funksiyaları və s. xüsusiyyətləri əhatə edir.
16. ABŞ siyasi partiyalarının təcrübəsi
Akif Nağı 32 səh.
ABŞ-da siyasi partiyaların yaranması tarixi, onların mübarizə yolları və s. məsələlərə toxunulub.
17. Avropa Birliyi və Avropa inteqrasiyası
Tofiq Qasımov (keçmiş xarici işlər naziri), 60 səh.
Avropa dövlətlərinin və birliklərinin inteqrasiyasına tarixi baxış edilir, inteqrasiyanı zəruri edən amillərdən və s. danışılır.
18. Qadın və Siyasət
Rəna Seyidrzaqızı, 48 səh.
Beynəlxalq qadın hərəkatının yaranmasının tarixi və müasir təcrübəsi, qadın hüquqları və bu hüquqların qanunla müdafiəsi, qadın liderlər və s. problemlərdən bəhs olunur.
19. Siyasi reklam və imicin formalaşdırılması
Zərifə Musayeva, 28 səh.
Siyasi reklam anlayışı, reklam kampaniyası, təşkilatın və liderin siyasi imicinin formalaşdırılması, imic yaradılması texnologiyasından bəhs olunur.
20. Hökumətin fəaliyyətinə parlament nəzarəti
Qulamhüseyi Əliyev, 24 səh.
Parlament nəzarətinin mahiyyəti, onun əsas formaları barədə geniş məlumat verilib.
21. İctimai rəy və siyasət
Əhməd Qəşəmoğlu, 20 səh.
İctimai rəyin xüsusiyyətləri, rəy anlayışı, müasir siyasətdə ictimai rəyi öyrənmə mərkəzlərinin vacibliyi və s. məsələlərə toxunulub.
22. Partiyaların mətbuat xidmətləri və pablik rileyşn
Arif Əliyev, 28 səh.
Mətbuat xidmətlərinin vəzifələrindən, iş metodlarından və s. bəhs olunur.
“DEMOKRATIK BÜLLETEN”LƏR SERİYASI
1. Siyasi plüralizm və çoxpartiyalı demokratiya
Rasim Musabəyov, 39 səh.
Broşüra siyasi partiyaların hüquqi tənzimlənməsi, funksiyaları və fəaliyyət formaları, klassifikasiyası, parlament fəaliyyəti, postkommunist məkanda çoxpartiyalı demokratiyanın formalaşması problemlərindən bəhs edir.
2. Etnik azlıqların hüquqları və siyasi təminatları
Rasim Musabəyov, 24 səh.
Bu broşürda milli azlıqların hüquqlarının qorunmasında beynəlxalq təcrübə, BMT və ATƏT-in bu sahədə gördüyü mütəmadi tədbirlərdən danışılır.
3. Cəmiyyətin və dövlətin hüquqi əsasları
Qulamhüseyn Əliyev, 27 səh.
Burada cəmiyyətin siyasi sistemi, sosial nizamasalma və dövlətin konstitusiya-hüquqi səciyyəsi məsələlərinə toxunulub.
4. İnsan hüquqları müdafiəsinin nəzəri əsasları, təşkilatları, vəzifələri, vasitələri
Arzu Abdullayeva, 23 səh.
Broşurada insan haqları nədir, insan haqlarının müdafiəsi vasitələri, insan hüquqlarını müdafiə edən qurumlar və onların vəzifələri haqqında danışılır və bu təşkilatların ünvanları çap edilib.
5. Azad mətbuat və onun cəmiyyətdə rolu
Arif Əliyev, 28 səh.
Broşürda Avropa ölkələrində, Kanada, Avstraliya və ABŞ-da mətbuatın fəaliyyət təcrübəsinin və kütləvi informasiya vasitələri sahəsində mövcud qanunların müqayisəli təhlili və Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qanunvericilik bazasından bəhs edilir.
6. Din və cəmiyyət: təsirlər, nəticələr və problemin demokratik həlli
prof. Niyazi Mehdi, 25 səh.
Müəllif oxucunu dinin cəmiyyətdəki rolu haqqında, demokratiyada din probleminin həm hüquqi, həm mənəvi, həm mədəni aspektləri ilə tanış edir.
7. Cəmiyyət, siyasət və ideologiya
prof. Cəmil Əhmədli, 32 səh.
Mürəkkəb və özünütənzimləyən sistem olan cəmiyyət təkcə siyasət və ideologiya elementlərindən (alt sistemlərdən) ibarət deyil. Bu broşürda məqsəd təkcə bu anlayışların məzmununu aşkarlamaq deyil, habelə bu anlayışların ifadə etdikləri sosial institutların təsir dairələrini, onların bir-birinə olan koordinasiya (bir-birinə təsiretmə mexanizmi) və subardinasiya (tabelik) əlaqələrini də açmaqdır.
8. Demokratiya və azad seçkilər
Fuad Ağayev, 26 səh.
Seçki prinsipləri və sistemləri, seçki prosesi və ədalətli, demokratik seçkilərin beynəlxalq və yerli təcrübəsinin müqayisəli təhlili verilib.
9. Siyasi etika
prof. İlham Məmmədzadə, 18 səh.
Burada siyasi etikanın məzmunu və kateqoriyaları, avtoritarizm və siyasi etika problemlərinə toxunulub.
10. Demokratiyanın təməl prinsipləri
Hikmət Hacızadə, 26 səh.
Broşürda demokratiya və insan hüquqlarının inkişaf tarixindən bəhs olunur.
11. Müasir sosial-demokratiya
Zərdüşt Əlizadə (Sosial-demokratiya Partiyasının sədri), 19 səh.
Sosial-demokratiyanın yaranma tarixi, onun mahiyyəti, onun kommunizmdən fərqli cəhətləri və s. məsələlərdən danışılır.
12. Etnik siyasət
prof. Əlikram Tağıyev, 28 səh.
Etnos və millət məsələləri, etno-milli problemlər və onların aradan qaldırılması.
13. Siyasi radikalizm
Akif Nağı,24 səh.
Siyasi radikalizmin müxtəlif cərəyanlarına: sağ radikalizm (faşizm, nasionalizm), sol radikalizm (anarxizm, bolşevizm, trotskizm, maoizm) və siyasi ekstremizm anlayışlarının izahı verilib.
14. Dünyanın qlobal problemləri
prof. Qabil Hüseynli, 16 səh.
Qlobal problemlərin mənşəyi, mahiyyəti və onların təsnifatı, əsas problemlər və onların həlli yolları və bu sahədə beynəlxalq əməkdaşlıq.
15. Konfliktlər və siyasət
prof. Hikmət Dayızadə, 28 səh.
Konflikt nəzəriyyələri, siyasi konfliktlərin xüsusiyyətləri, dinamikası və həlli yolları.
16. Siyasi konservatizm
Nazilə Telmanqızı, 27 səh.
Siyasi konservatizmə tarixi baxış edilib, əsas prinsipləri göstərilib, konservatizm anlamında xüsusi mülkiyyət, insan azadlığı, sosial ədalət və s. prinsiplər izah olunub.
17. Siyasi liberalizm
prof. Lalə Şövkət (Liberal partiyasının sədri), 31 səh.
Liberalizm və onun əsas prinsipləri, konsepsiyaları, modelləri və tiplərindən danışılır.
18. Ordu və siyasət
Qulamhüseyn Əliyev, 20 səh.
Broşürda dövlət mexanizmində ordunun yeri, ordunun təşkilinin konstitusiya-hüquqi əsasları, orduya mülki nəzarət və s.məsələlərə toxunulub.
19. BMT. ATƏT və yeni dünya düzəni
Tofiq Qasımov (keçmiş xarici işlər naziri), 40 səh.
V.Vilson və kollektiv təhlükəsizlik ideyasının institutlaşdırılması, R.Nikson və qarşıdurmadan əməkdaşlıq siyasətinə keçid, yeni dünya düzəninin əsasları və s. problemlərdən bəhs edir.
20. Sosial və siyasi proqnozlaşdırmanın əsasları
Rasim Musabəyov, 32 səh.
Siyasətdə proqnozlaşdırmanın rolu və əhəmiyyəti, proqnozlaşdırmanın elmi əsasları, xüsusiyyətləri, metodları və başqa cəhətləndən danışılır.
21. Qeyri-zorakı mübarizənin nəzəriyyəsi və taktikası
prof. Niyazi Mehdi və Hikmət Hacızadə, 32 səh.
Qeyri-zorakı mübarizə hərəkatına tarixi baxış edilib, bu aksiyaların forma və simvollarındın və s. danışılır.
22. Müasir geopolitika
prof. Musa Qasımov, 36 səh.
Müasir geopolitikanın problemlərinə toxunulur.
23. NATO və Avropa təhlükəsizlik sistemi
Sülhəddin Əkbər, 44 səh.
NATO-nun yaranma zərurəti, onun iş mexanizmləri, strateci konsepsiyası və s. məsələlərdən bəhs olunur.
24. İnkişaf etmiş ölkələrdə dövlət qulluğu
Qulamhüseyn Əliyev, 31 səh.
Broşürda dövlət qulluğunun əsas sistemləri, onun təşkilinin əsasları və prinsipləri, elitar dövlət məmurlarının hazırlığı və s. məsələlərin geniş izahı verilib.
25. Azadlıq və tərəqqi
prof. Cəmil Əhmədli, 28 səh.
Broşurda azadlıq anlayışına müxtəlif baxışların geniş izahı verilib, azadlığın növləri və əxlaqi-psixoloci aspektləri şərh edilib.
26. Ekologiya və siyasət
Sevil Məmmədova, 24 səh.
Müasir ekoloci siyasət, onun beynəlxalq aspektləri, ekoloci hərəkat, siyasət və mədəniyyət problemlərindən bəhs olunur.
27. İctimai-siyasi həyatda kompromis və saziş axtarışları
Məhərrəm Zülfüqarlı, 40 səh.
Kompromis və saziş məfhumlarına fərqli münasibətlərin izahı və danışıqların müxtəlif yolları şərh olunub.
28. Lobbizm
Rasim Musabəyov və Fariz Rzayev, 28 səh.
Lobbizm nədir, ABŞ və başqa ölkələrdə lobbizm təcrübəsi, onun fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və ona nəzarət sualları cavablandırılıb.
29. İqtisadiyyat və siyasət
prof. Nazim Müzəffərli, 28 səh.
Sağçılar və solçular: Siyasi rəqabətin iqtisadi faydası. Mülkiyyət. İqtisadi və siyasi hakimiyyət.
30. Elitalar və hakimiyyət
Rasim Musabəyov, 24 səh.
Müasir siyasət elmində elitalar nəzəriyyəsi, Azərbaycan elitalarının formalaşma xüsusiyyətləri və s. şərh olunub.







