“İnam” Plüralizm Mərkəzi

“İnam” Plüralizm Mərkəzi Azərbaycanda demokratik dəyərlərin, sərbəst düşüncənin yayılmasına, söz, mətbuat, vicdan və fikir azadlığının inkişafına, azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyətinin qurulmasına, insan hüquq və azadlıqlarının qorunması və təbliğinə, vətəndaş təhsilinin və vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, ictimai sektorun yaranması və fəaliyyətinin genişləndirilməsinə yardım məqsədilə 1995-ci ildə yaranan və bu müddətdə fasiləsiz fəaliyyət göstərən gəlirsiz, ictimai təşkilatdır. 2006-cı ilin martında dövlət qeydiyyatına alınıb. Mərkəzin sədri Vahid Qazidir.

Fəaliyyət istiqaməti:

  • SEÇKİLƏR: Azərbaycanda keçirilən üç parlament, üç prezident və iki bələdiyyə seçkisinin monitorinqi keçirilib, beynəlxalq müşahidə təşkil olunub. Mərkəzin nümayəndələri Gürcüstan, Belarus, Ukrayna və Qırğızıstanda keçirilən seçkiləri müşahidə ediblər.
  • RADİO PROQRAMLAR: Mərkəz ölkənin müxtəlif radiolarında “Öz namizədindən soruş” adlı 47, “Neft və demokratiya” adlı 33, “Şəffaf yol” adlı 50, “Din və demokratiya” adlı 32, “Panarama. Seçki 2008” adlı 24, “Avrointeqrasiya müzakirələri” mövzusunda isə 18 radio debat və ya dialoq keçirib.
  • TƏRCÜMƏ : 5 kitab, insan hüquqlarına dair 17 beynəlxalq sənəd və 50-dən artıq məqalə Azərbaycan dilinə tərcümə olunub.
  • NƏŞRİYYAT : Ümumi tirajı 60 mindən çox olan 110 adda kitab, jurnal, broşur və bülleten, həmçinin seçki plakatları nəşr edilib. “QHT bülletenləri”, “III Sektor Demokratiya jurnalı” və rusca “Svobodnaya Volya” jurnalları dərc edilib.
  • SƏFƏRLƏR: 350-dən artıq yerli ictimai fəal dünyanın müxtəlif ölkələrində keçirilmiş seminar, konfrans və təcrübəartırma kurslarına göndərilib. Ümumilikdə 500-dən çox xarici ictimai-siyasi, dövlət xadimi, ictimai fəal, jurnalist və s. bizim tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.
  • VƏTƏNDAŞ TƏHSİLİ: Liderlik, politologiya, seçki texnologiyaları, vətəndaş təhsili, insan hüquqları və başqa mövzularda 400-dən artıq treninq-seminar keçirilib. Bu tədbirlərdə Azərbaycanın 40 bölgəsindən 6 minə yaxın fəal iştirak edib.
  • ÜÇÜNCÜ SEKTORUN İNKİŞAFI: Yerli fəallar, təşəbbüs qrupları və QHT nümayəndələri üçün treninqlər keçirilib. Üçüncü sektorun həyatı barədə broşurlar çap olunub və jurnallar nəşr edilib. Ölkənin müxtəlif bölgələrində 60-dən artıq QHT-nin yaranması, inkişafı və fəaliyyətinin genişləndirilməsində iştirak edib.